Avropa ölkələrindən İsrailə çağırış - Qəzzada qətliamı dayandırın

Avropa ölkələrindən İsrailə çağırış - Qəzzada qətliamı dayandırın
DÜNYA
13:38 04.09.2025
181
Bir çox Avropa ölkəsində Qəzzada İsrailin soyqırımına son qoyulması tələbi ilə etiraz aksiyalarına başlanılıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İspaniyada müəllimlər tərəfindən yaradılan "Marea Palestina" hərəkatı paytaxt Madrid başda olmaqla ölkə daxilində bir neçə binanı dinc yolla zəbt edib.
 
Bundan başqa, İtaliyada liman işçiləri Qəzzaya yardım donanması ilə əlaqə kəsilərsə, bütün Avropa üzrə yük daşımalarını dayandıracaqlarını açıqlayıblar.
  
Böyük Britaniyanın aparıcı kosmetika şəbəkələrindən biri olan "Lush" Qəzzada aclığa son qoymağa çağıraraq, İngiltərədəki mağazalarını, fabrikini və internet saytını bir günlük bağlamaq qərarına gəlib.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR