CEPEJ Vitse-prezidenti Ramin Qurbanov Avropa dövlətlərini uğurla təmsil edir - FOTOLAR

CEPEJ Vitse-prezidenti Ramin Qurbanov Avropa dövlətlərini uğurla təmsil edir - FOTOLAR
Siyasət
11:30 21.09.2018
4349

Əldə etdiyimiz məlumata görə, Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurasının sədri cənab Luis Maria Aquilar Moralesin dəvəti əsasında Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanov "Müasir demokratiyalarda hakim və qanunun aliliyi” adlı beynəlxalq seminarda iştirak etmək üçün 10-12 sentyabr 2018-ci il tarixlərində Meksikada rəsmi səfərdə olub.


Bu beynəlxalq tədbir təcrübə mübadiləsinin aparılması və hakimlərin vətəndaş cəmiyyəti ilə dialoqunun qurulması məqsədilə Meksika hakimiyyəti tərəfindən təşkil edilib. Seminarda Meksikadan 300-dən çox federal hakim, magistrat, hüquqşünas, hökumət rəsmisi, beynəlxalq təşkilatların və hüquq cəmiyyətinin nümayəndələri iştirak edib.


Avropa Şurasını təmsil edən CEPEJ-in vitse-prezidenti Ramin Qurbanov "Məhkəmə hakimiyyəti və onun cəmiyyətə münasibəti” adlı III bölmədə əsas məruzəçilərdən biri olaraq CEPEJ-in fəaliyyətindən, onun Avropada ədalət mühakiməsinin səmərəliliyi və keyfiyyətinin artırılmasında rolundan danışıb, habelə Avropa məhkəmələrində informasiya texnologiyalarının tətbiqi vəziyyəti, o cümlədən məhkəmə fəaliyyətində "Proqnozlaşdırılan ədliyyə” və "Süni intellekt”in məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması, şəffaflığın təmin olunması, səmərəliliyin artırılmasına müsbət təsiri barədə məlumat verib.




Avropa Şurasının Meksika dövləti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan bu səfər zamanı vitse-prezident Ramin Qurbanov Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurasının sədri ilə ikitərəfli görüş keçirib, CEPEJ-in nəşrlərini ona təqdim edib və daha səmərəli əməkdaşlıq barədə danışıqlar aparıb.

Beynəlxalq tədbirin qeyd olunan bölməsinin keçirilməsinə verdiyi töhfəsinə görə R.Qurbanova Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurası adından ehtiram əlaməti olaraq təşəkkürnamə təqdim olunub.



Sevindirici haldır ki, azərbaycanlı hakim Avropa Şurasının 47 üzv dövlətinin ədliyyə və məhkəmə sistemini Meksikada uğurla təmsil edib. Bu, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının uğurunun bariz nümunəsidir.



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
23:58 08.08.2025
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
23:50 08.08.2025
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib