AZXEBER.COM azadliq.info-ya istinadən xəbər verir ki, məhkəmə Əli Kərimliyə pasportun verilməməsini Avropa İnsan Hüquqları Konvensiyasının pozulması hesab edib.
Məhkəmə mənəvi zərər və digər xərclərə görə Azərbaycan dövlətini 8600 avro cərimələyib. Qərarda qeyd olunur ki, Ə.Kərimli Azərbaycanda çox tanınmış müxalif siyasi xadim, AXCP-nin sədridir. 2006-cı ildən qanunsuz olaraq xarici pasportdan məhrum olunub.