Avropa Məhkəməsi Pərviz Həşimlinin şikayətini təmin etdi

Avropa Məhkəməsi Pərviz Həşimlinin şikayətini təmin etdi
SOSİAL
15:01 09.10.2025
295
"Dünyanın işinə baxın.  Bu gün məni şərləyən həbsdəki MTN generalı Elçin Quliyevin əmlakları hərraca çıxarıldı.  Elə bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyin mənə qarşı qanunsuz həbsi və barəmdəki sifarişli məhkəmə hökmünə dair şikayətim üzrə qərarını açıqlayıb. Konvensiyan 5 (Azadlıq və toxunulmazlıq hüququ) , 6 (Ədalətli məhkəmə araşdırması hüququ) və 8 "Şəxsi həyata və ailə həyatına hörmət hüququ” pozuntularını tanıyıb”.
 
AZXEBER.COM xəbər verir ki, Gununsesi.info-nun xəbərinə görə, bunu 2013-cü ildə MTN tərəfindən həbs edilərək 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş jurnalist Pərviz Həşimli deyib.
 
Onun sözlərinə görə, Avropa Məhkəməsi onun həbsinin tamn qanunsuz olması qənaətinə gəlib.
 
"Məhkəmə hesab edib ki, həbsim tam qanunsuz olub, mənzilimə silahlar istintaq orqanı tərəfindən yerləşdirilib. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsi ədalətli məhkəmə araşdırmasını aparmayıb.
Avropa İnsan Hüquqları Məhkəməsi bu pozuntulara görə mənə təzminat təyin edib.
Nə gizlədim, ilk sevincimi məni azadlıqdan məhrum edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimova zəng edərək bölüşdüm.
O isə "bu qalibiyyətinə görə səni təbrik edirəm, axır ki, istəyinə nail oldun” deyə bildirdi.
Avropa Məhkəməsində məni müdafiə edən vəkilim Elçin Sadıqova təşəkkür edirəm.
Həmçininin, yerli məhkəmələrdə yanımda olan MTN-dəki cinayətkar dəstə qarşısında ləyaqətlə və vicdanla məni müdafiə edən Bəhruz Bayramova, Yalçın İmanova və Fariz Namazlıya təşəkkür edirəm”.
 
Pərviz Həşimli əlavə edib ki, bu qərardan sonra bəraət almaq üçün Ali Məhkəməyə üz tutacaq.
 
Qeyd edək ki, Amnesty İnternational və dünyanın nüfuzlu təşkilatları tərəfindən siyasi məhbus statusu alan Pərviz Həşimli 2016-cı ildə İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aqşin-Manaf qalmaqalı yenidən "alovlandı"  - "Yaşına hörmət edirəm, amma..."
19:39 09.10.2025
Aqşin-Manaf qalmaqalı yenidən "alovlandı" - "Yaşına hörmət edirəm, amma..."
Brüsseldə qərbi azərbaycanlıların qayıdışı  məsələləri müzakirə olunub - FOTOLAR
19:36 09.10.2025
Brüsseldə qərbi azərbaycanlıların qayıdışı məsələləri müzakirə olunub - FOTOLAR
Avropa Parlamenti Ursula fon der Leyenə etimadsızlıq təklifini rədd edib
19:26 09.10.2025
Avropa Parlamenti Ursula fon der Leyenə etimadsızlıq təklifini rədd edib
Ayan arıqlayıb 48 kiloqram oldu
19:12 09.10.2025
Ayan arıqlayıb 48 kiloqram oldu
Polşa sərhədçiləri Tbilisidə hücuma məruz qalıb
18:57 09.10.2025
Polşa sərhədçiləri Tbilisidə hücuma məruz qalıb
“17 ildir bir yerdəyik, hələ bir-birimizi tanımırıq” - VİDEO
18:44 09.10.2025
“17 ildir bir yerdəyik, hələ bir-birimizi tanımırıq” - VİDEO
Avropa Parlamenti Rusiya dronlarını Aİ səmasında vurmağa çağırıb
18:30 09.10.2025
Avropa Parlamenti Rusiya dronlarını Aİ səmasında vurmağa çağırıb
Nikki Minajın Amerikadan deportasiyası tələb olunur
18:18 09.10.2025
Nikki Minajın Amerikadan deportasiyası tələb olunur
ARDNF-in Qatvik hava limanına sərmayəsi Fondun səmərəli və məsuliyyətli investor rolunu bir daha təsdiqləyir
18:16 09.10.2025
ARDNF-in Qatvik hava limanına sərmayəsi Fondun səmərəli və məsuliyyətli investor rolunu bir daha təsdiqləyir
Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüblər
17:56 09.10.2025
Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüblər
ADNSU dünyanın nüfuzlu THE reytinqində 5 istiqamət üzrə ciddi irəliləyiş əldə edib
17:38 09.10.2025
ADNSU dünyanın nüfuzlu THE reytinqində 5 istiqamət üzrə ciddi irəliləyiş əldə edib
Gəncədə yaşayış binasındakı partlayışda iki nəfər xəsarət alıb - VİDEO
17:32 09.10.2025
Gəncədə yaşayış binasındakı partlayışda iki nəfər xəsarət alıb - VİDEO
"III MDB Oyunlarının yüksək təhlükəsizlik şəraitində başa çatmasında Azərbaycan polisinin xidmətləri böyükdür"
17:15 09.10.2025
"III MDB Oyunlarının yüksək təhlükəsizlik şəraitində başa çatmasında Azərbaycan polisinin xidmətləri böyükdür"
Polis Astarada əməliyyat keçirdi - 55 kq narkotik vasitə aşkarlandı
17:11 09.10.2025
Polis Astarada əməliyyat keçirdi - 55 kq narkotik vasitə aşkarlandı
Putin AZAL təyyarəsinin qəzası haqqında: Bizim borcumuz baş verənlərə obyektiv qiymət verməkdir
17:10 09.10.2025
Putin AZAL təyyarəsinin qəzası haqqında: Bizim borcumuz baş verənlərə obyektiv qiymət verməkdir
Prezident: Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur
17:07 09.10.2025
Prezident: Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur