Avropa Olimpiya Oyunlarının tarixi açıqlandı - FOTOLAR

Avropa Olimpiya Oyunlarının tarixi açıqlandı -  FOTOLAR
İDMAN
16:48 30.04.2013
1963

Bakıda 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunları 12 iyun-28 iyun tarixlərində baş tutacaq. Trend-in məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən Bakı 2015 Avropa Oyunlarının Koordinasiya Komitəsinin birinci iclasının yekunu üzrə mətbuat konfransında deyib. Onun sözlərinə görə, ümumilikdə yarışlar 19 idman növü üzrə keçiriləcək və yarışlarda 6351 idmançı iştirak edəcək.

Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma - 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şosse - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika - 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (350) növləridir. Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Kapralosun sözlərinə görə, bu, hələ yekun siyahı deyil.

Rəhimov qeyd edib ki, dünən Bakıdakı idman qurğuları nümayiş olunub, komissiyanın nümayəndələri müxtəlif idman obyektlərində, Olimpiya kəndində olublar, artıq orada bir mənzil hazırdır və nümayəndələr bu mənzili çox bəyəniblər. Nazirin sözlərinə görə, komissiyanın görüşündə, əsasən, loqo və veb-saytın hazırlanması ilə bağlı təkliflər irəli sürülüb, eyni zamanda, açılış və bağlanış mərasimləri, medalların təqdimatı ilə bağlı təkliflər verilib.

Onun sözlərinə görə, hazırda müzakirələr davam etdirilir. "Biz bu oyunları yüksək səviyyədə keçirə bilərik, biz buna inanırıq və çalışacağıq ki, Avropada ən yüksək idman tədbirinə ev sahibliyi edək", - Rəhimov deyib.

Rəhimov həmçinin qeyd edib ki, Bakı əməliyyat komitəsi yaradılıb və hazırda Olimpiya kəndində fəaliyyətə başlayıb. Xaricdən də mütəxəssislər cəlb olunub ki, bu da gələcəkdə daha böyük yarışların keçirilməsi üçün təcrübə qazanmağa imkan verəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Suriya prezidenti: İsrailin Suriyaya qarşı təhdidləri səngimir
01:25 25.09.2025
Suriya prezidenti: İsrailin Suriyaya qarşı təhdidləri səngimir
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
23:51 24.09.2025
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
23:38 24.09.2025
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
23:24 24.09.2025
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
23:16 24.09.2025
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
23:12 24.09.2025
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
22:57 24.09.2025
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
22:47 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
22:26 24.09.2025
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
22:20 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
22:13 24.09.2025
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
22:05 24.09.2025
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
Ordubadın 25 kəndi işıqsız qalacaq
21:55 24.09.2025
Ordubadın 25 kəndi işıqsız qalacaq
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
21:44 24.09.2025
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
21:37 24.09.2025
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
21:32 24.09.2025
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"