Avropa Oyunlarının bağlanış mərasimindən - FOTOLAR
İDMAN
01:44 29.06.2015
2206
Bakı Olimpiya Stadionunda keçirilən I Avropa Oyunlarının rəsmi bağlanış mərasimində idmançıların paradı başlayıb.Bakı 2015 I Avropa Oyunlarında 17 gün ərzində 20 idman növü üzrə davam edən yarışlara Avropanın 50 ölkəsindən 6 mindən çox idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti üzvü təşrif buyurub.Stadionun ekranlarında nümayiş olunan qısa filmdə öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə I Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12 500 alovqoruyan könüllüyə minnətdarlıq ifadə edilib.Bunun ardınca 50 uşaq “Çal-oyna” xalq mahnısını xorla oxuyub. Bu, 17 gün ərzində arenalarda mübarizə aparmış 50 dövlətin atleti üçün bayram havasıdır.