Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
DÜNYA
20:09 28.11.2024
254
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, qətnamə 444 "lehinə", 72 "əleyhinə" və 82 "bitərəf" səslə qəbul edilib.

Avropa Parlamenti Gürcüstanda keçirilən parlament seçkilərini tənqid edərək təkrar səsvermənin keçirilməsinə çağırıb.

Bundan başqa, Avropa Parlamenti demokratiya standartlarına əməl olunmayacağı təqdirdə Avropa İttifaqını Gürcüstan vətəndaşları üçün vizasız rejimi yenidən nəzərdən keçirməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR