“Avropa Parlamenti və bəzi Avropa qurumları Fransanın təsiri altındadır” - Keçmiş nazir

“Avropa Parlamenti və bəzi Avropa qurumları Fransanın təsiri altındadır” - Keçmiş nazir
SİYASƏT
14:13 19.12.2025
535
"Avropa Parlamentinin bu cür bəyanatları nə birincidir, nə də sonuncu”.

Bunu AZXEBER.COM-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O vurğulayıb ki, Avropa Parlamenti və bəzi Avropa qurumları Fransanın təsiri altındadır:

"Avropa Parlamenti və bəzi Avropa qurumları Fransanın təsiri altındadır. Sadəcə olaraq, gücləri nəyə çatırsa, bu və ya digər şəkildə Azərbaycana qarşı mənfi və reallığa uyğun olmayan fikirlər səsləndirirlər. Onların əsas məqsədi Azərbaycan siyasətinə və ölkəmizin müəyyən layihələrinə təsir göstərməkdir. Avropa Parlamentinin Tramp layihəsi ilə bağlı mövqeyi də tənqididir. Onlar Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazda fəallaşmasını istəmirlər”. 

Sabiq xarici işlər naziri bildirib ki, bu cür addımlar köhnə yanaşmalarının davamıdır:

"Bu cür addımlar köhnə yanaşmalarının davamıdır. İndiyə qədər AP Azərbaycan üzərində hər hansı bir real nəticə əldə edə bilməyiblər. Avropa Parlamentinin strateji məqsədi Cənubi Qafqazda siyasi və iqtisadi üstünlüklərini artırmaqdır. Onlar yaxşı anlayırlar ki, Mərkəzi Asiyaya və orada yerləşən ehtiyatlara çıxış əldə etmək üçün Azərbaycanla əlaqələrin qurulması vacibdir. Lakin bu əlaqələri qurmaq əvəzinə təzyiq siyasəti yürüdür, daha sonra isə danışıqlarda bundan alət kimi istifadə etməyə çalışırlar”.

"Fransa bölgədə kommunikasiya baxımından müəyyən maraqlara sahib olmaq niyyətindədir. Eyni zamanda, Avropa Parlamenti region ölkələrinə təzyiq göstərməyə cəhd edir. Avropa İttifaqı Ermənistan vasitəsilə münaqişədən siyasi alət kimi istifadə etməyə çalışır”,-deyə sabiq nazir vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR