Avropa Parlamentinin Prezidenti Ceyhun Osmanlıya cavab məktubu ünvanladı

Avropa Parlamentinin Prezidenti Ceyhun Osmanlıya cavab məktubu ünvanladı
SİYASƏT
12:53 08.10.2013
1630

Milli Məclisin deputatı Ceyhun Osmanlı Avropa Parlamentinin prezidenti Martin Şultsa müraciət edib.

Müraciət ABŞ Milli Təhlükəsizlik Agentliyinin Böyük 20-lik ölkə liderlərinin “G20” sammitinə qatılmaq məqsədilə Londona səfərləri zamanı telefon danışıqlarını dinləməyə cəhd göstərməsi ilə bağlı olub.

Müraciətdə qeyd edilirdi: “Avropa Parlamenti hər zaman Gürcüstan, Türkiyə, Azərbaycan və s. kimi ölkələrdə baş verən hadisələrə dərhal öz mövqeyini bildirir. Amma nədənsə bu analoji hadisə ilə bağlı baş vermiş hüquq pozuntusuna səssiz qalır”.

Avropa Parlamentinin Prezidenti Martin Şults qeyd olunan məsələ ilə bağlı Millət vəkili Ceyhun Osmanlıya cavab məktubu ünvanlayıb.

Məktubu nəzərinizə çatdırırıq:

Hörmətli Ceyhun müəllim,

Mən, bizim diqqətimizi The Guardian – qəzetində vurğulandığı ABŞ-ın Milli Təhlükəsizlik Angetliyinin telefon danışıqlarının dinlənilməsi məsələsinə yönəltdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm.

Sizin “Avropa Parlamenti bəzi səbəblər üzündən vurğulanan məsələ ilə əlaqədar susur” fikrinizə əks olaraq söyləmək istəyirəm ki, Avropa Parlamenti 11 İyun tarixində Strasburqda qaldırılan məsələ ilə əlaqədar olaraq təcili müzakirələr təşkil edib.

Bildirmək istərdim ki, adı çəkilən debatda parlament üzvləri bu mövzu ilə əlaqədar olaraq Avropa Komissiyasının nümayəndələri və siyasi qruplarının fikirlərini dinləmişdir. Bildirmək istərdim ki, bu dinləmələr elektron formatda mövcuddur.

Bundan başqa qeyd etməyə dəyər ki, Avropa Parlamenti özünün 13 İyun tarixində qəbul olunmuş “Avropa Birliyinin daha geniş Transatlantik Əməkdaşlıqdakı rolu” qətnaməsində “PRİSM”nın müşahidə sxeminə dair qəti narahatlığını bildirib.

Bu qətnamənin 8-ci paraqrafında bildirilir ki, Avropa Parlamenti “ABŞ-ın PRİSM proqramı çərçivəsində informasiya toplaması, müşahidələr aparması və bununla da Avropa Birliyi vətəndaşlarının sivil haqlarına vurula biləcək ziyanla əlaqədar ciddi narahatlığını bildirir.

Bununla da Avropa Birliyi 14 İyun tarixində bu məsələnin Avropa Birliyi və ABŞ arasındakı nazirlər görüşündə müzakirə olunmasına çağırır. Bildirmək lazımdır ki, Avropa Birliyi tərəfindən qəbul olunmuş Sərnişin Adlarının Qeydiyyatı Razılığı və Terroristlərin Maliyyə Qaynaqlarının İzlənilməsi Razılığı artıq qüvvədədir. Bu razılıqlar İnformasiya Təhlükəəsizliyi və Muhafizəsi Razılığını tənzimləyir. Bununla da informasiya təhlükəsizliyinin şəffaf təmin olunması məsləsində rol oynayır”

Bundan əlavə Avropa Birliyinin Vətəndaş Azadlıqları və Hüquq Komitəsi Komisar Bibian Redinglə fikir mübadiləsi apararaq, o, Avropa Birliyi və ABŞ Sammiti barədə danışıb və informasiya təhlükəsizliyi qanun layihəsi haqda “PRİSM insidenti informasiya təhlükəsizliyində tutarlı qanun layihəsinin qəbulunun vacibliyi” fikrini vurğulayıb.

İyulun 8-də Avropa Parlamenti “ABŞ-ın Milli Təhlükəsizlik Agnetliyinin müşahidə proqramı, müxtəlif Avropa Birliyi ölkələrindəki müşahidə aparan qurum və şəxslər və bunun Avropa Birliyi vətəndaşlarına təsiri” barədə qətnamə qəbul etmişdir. Bu qətnamədə PRİSM müşahidəsi proqramı pislənmiş və bu proqramın Avropa Birliyi nümayəndələri üzərində kəşfiyyat aparması yöndə ittiham irəli sürülüb.

Qətnamədə ABŞ rəsmilərinin sadalanan insidentlə bağlı tərəddüd etmədən məlumat vermələri tələb olunmuşdu. Avropa Parlamenti həmçinin bu tip proqramın bir sıra başqa ölkələrdə olması ehtimalı barədə də qəti narahatlıq bildirib və Avropa Parlamenti qanunvericiliyinə uyğun müvafiq araşdırma aparılmasını tələb edib.

Qətnamədə deyildiyi kimi, Parlamentin Vətəndaş Hüquqları və Qanun Komitəsi və Daxili işlər üzrə Komitə ilin axırına kimi yekun qətnamənin qəbul olunması üçün Avropa Birliyi və ABŞ mənbələrindən məlumat toplanmasına başlayacaqlar. Bu araşdırma PRİSM çərçivəsində aparılan müşahidələrin Avropa Birliyi vətəndaşlarının qanunlarının, informasiya təhlükəsizliyinin və azadlığına ola biləcək təsirini də araşdıracaq.

Mən güman edirəm ki, yuxardakı məlumat Avropa Birliyinin vurğulanan məsələdən narahat olmasını bildirdi və onun öz vətəndaşlarının hüquqlarının müdafiəsi yönündəki qətiyyətini nümayiş etdirdi. Belə ki, Avropa Birliyi vətəndaşlarının hüquqlarının təmini Avropa Parlamentinin əsas marağıdır. Bundan əlavə, Avropa Parlamenti sadalanan məsələnin beynəlalq konteksdə yarada biləcək əks səda barəsində də narahatdır.

Mən Sizə bu məsələ ilə bağlı marağınız və ən əsası Avronest Parlament Assambleyası çərçivəsindəki fəaliyyətinizə görə təşəkkür edirəm”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb