Bəs Avropa Parlamentinin qəbul etməyə hazırlaşdığı bu qətnamə nəyə hesablanıb?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib.
Deputat qeyd edib ki, Avropa Parlamenti 30 il erməni cinayətlərinə susub, indi bizim əleyhimizə qətnamə qəbul etmək istəyir:
"Avropa Parlamenti ikiüzlü təşkilatdır. Onlar 30 il erməni cinayətlərinə susublar. Hələ biz yaralarımızı sağalda bilməmişik, indi bizim əleyhimizə qətnamə qəbul etmək istəyirlər. Qəbul edir etsin, cəhənnəmə etsin. Biz onun sözü ilə nəsə etmirik ki. Avropa bizim ağamızdır, ağsaqqalımızıdır? Onlar ikiüzlü təşkilatdır, nə edirlər etsinlər”.
Deputat deyib ki, bu qətnamə heç nəyi dəyişməyəcək: "Onlar 30 il ərzində bizə mənfi təsirlər etməyə çalışıblar, biz ölməmişik ki? İndi də ölmərik. Nə qəbul edirlərsə, etsinlər. Onların necə təşkilat olması məlumdur”.
Aydın Nuri