'Avropa qurumları ilə əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik' - Oqtay Əsədov

SİYASƏT
11:14 07.05.2013
2135

Milli Məclisin (MM) sədri Oqtay Əsədov AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM-un məlumatına görə, spiker müstəqil Azərbaycanın Avropanın mötəbər qurumları, o cümlədən AŞPA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb və qeyd edib ki, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə addımlayan ölkəmizin xarici siyasətində Avratlantik məkana inteqrasiya prioritet istiqamətlərdəndir.Spiker AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin qadın hüquqlarının qorunması sahəsində gördüyü işləri yüksək dəyərləndirərək, bu mövzuda Bakıda keçiriləcək konfransın əhəmiyyətli olacağına inamını ifadə edib.O həmçinin bildirib ki, AŞPA-nın 50-dən çox konvensiyasına qoşulmuş Azərbaycan gender bərabərliyi məsələsini önəmli hesab edir:“Heç də təsadüfi deyil ki, Şərq aləmində ilk dəfə olaraq məhz Azərbaycanda ötən əsrin əvvəllərində qadınlara seçki hüququ verilib”.Spiker qonaqlara parlamentdə qadın hüquqlarının qorunması sahəsində aparılan işlərdən danışıb və bildirib ki, Milli Məclisdə bu gün 19 qadın deputat var:“Onlar müxtəlif beynəlxalq qurumlarda, o cümlədən AŞPA-da və xarici səfərlərdə ölkəmizi layiqincə təmsil edirlər. Biz gələcəkdə bu sahədə Avropa qurumları ilə əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik”.AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsi sədrinin birinci müavini Mendes Bota Azərbaycana səfərindən və burada keçirilən görüşlərdən məmnun qaldığını söyləyərək, qadın hüquqlarının qorunması sahəsində Azərbaycanda yeridilən siyasəti və görülən işləri yüksək dəyərləndirib.O, təmsil etdiyi komitənin gələcəkdə də Azərbaycanla əməkdaşlıq etmək istəyini bildirib.Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Görüşdə Milli Məclisin deputatı Sahibə Qafarova və digər rəsmi şəxslər iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR