“Avropa qurumlarıyla əməkdaşlıq etməyə dəyməz və bu məsələyə Azərbaycan tərəfindən baxılmalıdır”.

“Avropa qurumlarıyla əməkdaşlıq etməyə dəyməz və bu məsələyə Azərbaycan tərəfindən baxılmalıdır”.
SİYASƏT
14:06 11.09.2015
1179

“Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərar tamamilə qərəzlidir. Heç bir reallığa əsaslanmır”. 

AZXEBER.COM-un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, bu qətnamə Azərbaycanda antimilli qüvvələrin, milli satqınlar tərəfindən hazırlanmış bir layihədir: “Bu, Avropada erməni lobbisinə xidmət edən, ermənilər tərəfindən maliyyələşən və Azərbaycanda maraqları olan siyasi qruplar tərəfindən ortaya atılan bir məsələdir. Birincisi, müzakirənin müddətinə nəzər salsaq görərik ki, son bir neçə ildə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir. Müxtəlif ölkələrdə, o cümlədən Cənubi Qafqazda, elə Ermənistanın özündə insanların güllələnməsi, öldürülməsi, istər sərbəst toplaşmaq azadlığının pozulması, vətəndaşlara, insanlara işgəncələrin verilməsi və digər bu kimi hallarla bağlı onlarla faktlar saya bilərik ki, Avropa Parlamentində bununla bağlı nə bir təşəbbüs göstərilib, nə də bir məsələ qaldırılıb. Amma Azərbaycanda olmayan məsələlər qərəzli şəkildə Azərbaycanın adına təqdim olunur”.

S.Novruzov qeyd edib ki, bu qətnamənin hər bir bəndinə, hər bir sətrinə baxanda burada nə qədər qərəzin olduğu aydın görünür: “Birinci növbədə xaricdən alınan qrantların qanunvericiliklə təsdiq olunmasına etiraz olunur. Bütün Avropa ölkələrində bu müddəa belədir və biz də Avropa ölkələrinə, Avropa Parlamentinə daxil olan ölkələrin qanunvericiliyinə uyğun olaraq qrantların şəffaf olması üçün bu müddəanı daxil etmişik. Təəssüflər olsun ki, qrant verən təşkilatlar da, alanlar da qrantı mənimsəyir, vəsaiti təyinatına uyğun deyil, Azərbaycanda iğtişaşlar törətmək, ölkədə ictimai-siyasi sabitliyi pozmaq və bəzi siyasi partiyaların maliyyələşməsinə yönəldir. Bu bəlli olub və qanunvericiliklə qadağa qoyulub. Bu hal ortaya çıxandan sonra isə həmin təşkilatlar və onların buradakı yerli əlaltıları ifşa olundu”.

S.Novruzov bildirib ki, Avropa Parlamenti bir futbolçi ilə bir reportyor arasında məişət zəminində baş verən hadisənin nəticəsində baş verən qətli siyasiləşdirməyə çalışır: “Bu məsələ ilə bağlı Azərbaycan dövləti bütün lazımi addımları atdı. Azərbaycan xalqı şahid oldu ki, Prezident İlham Əliyev bilavasitə məsələni öz nəzarətinə götürdü, qətli törədənlər məsuliyyətə cəlb olundu və layiqli cəzalarını alacaqlar. Bu hadisəni Azərbaycan iqtidarının adına yazmaq nə qədər cılız, yalan və böhtan xarakterli bir hərəkətdir”.

S.Novruzov bildirib ki, bu gün Ərəb ölkələrini dağıdan, orada hər gün qan tökülməsinə səbəb olan Avropa dövlətləri vətənlərini atıb didərgin düşən miqrantlarla eramızdan əvvəl olduğu kimi qul kimi davranırlar: “Dini, iqri ayrıseçkilik ilə miqrant qəbul edirlər. Budur bunların iç üzü və hesab edirəm ki, Avropa qurumlarıyla əməkdaşlıq etməyə dəyməz və bu məsələyə Azərbaycan tərəfindən baxılmalıdır”. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sibel Can 54 yaşında ərə getdi
00:11 25.05.2025
Sibel Can 54 yaşında ərə getdi
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib