Avropa Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
DÜNYA
19:22 03.04.2022
413
Avropa İttifaqı səlahiyyətliləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Şarl Mişel deyib.

"Aİ-nin növbəti sanksiyaları və Ukraynaya dəstəyi yoldadır”, - o, tviterdə yazıb.

Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb dövlətləri rəsmi Moskvaya qarşı böyük sanksiyalar tətbiq ediblər. Hətta dünyanın tanınmış şirkətləri Rusiya bazarını tərk edib və ya investisiya qoymaqdan imtina ediblər.
OXŞAR XƏBƏRLƏR