“Avropa Şurası baş katibinin qərarı göstərir ki, məqsədləri insan hüquqlarının qorunması deyil”

“Avropa Şurası baş katibinin qərarı göstərir ki, məqsədləri insan hüquqlarının qorunması deyil”
Siyasət
02:54 08.10.2015
1140

“Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nin iştirakının ləğv olunması barədə qərarı bir daha göstərir ki, onların məqsədi insan hüquqlarının qorunması deyil”. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O, qeyd edib ki, əgər onların məqsədi doğrudan da insan hüquqlarının qorunması olsaydı, Azərbaycanda Ermənistan tərəfindən haqqı tapdalanan bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına münasibət bildirərdilər: “Ancaq onlar bunu dilə gətirmirlər. Azərbaycana xəyanət edən, Azərbaycanın mənafeyini satan adamları dəstəkləyirlər, kim ki, onlarla saxta yolla əməkdaşlıq edir, onların təsiri altına düşür, onlardan Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Beləliklə, əslində onlar özləri beynəlxalq hüququ pozurlar”.

T.Rzayev vurğulayıb ki, Avropa Şurasında erməni lobbisinin təsirində olan qüvvələr var, digər tərəfdən, Azərbaycanı istəməyən, Azərbaycana təzyiq etmək istəyən qüvvələr var: “Onlar istəyirlər ki, Azərbaycana öz dediklərini etdirsinlər, ancaq görəndə ki, bu, mümkün deyil, Azərbaycan bunu qəbul etmir, bu cür çirkin yollara əl atırlar. Ermənistanda uzun müddətdir mitinqlər keçirilir, yüzlərlə insan tutulub, saxlanılıb, ancaq buna göz yumurlar”.

O bildirib ki, Azərbaycana qarşı ikili standartlara baxmayaraq, Azərbaycan həmişə əməkdaşlığa hazır olduğunu bildirib: “Ancaq onlar belə hərəkətləri ilə bu əməkdaşlığa zərbə vururlar, ancaq öz bildiklərini edirlər”.

Millət vəkili əlavə edib ki, bu qərarın qəbul edilməsinin səbəblərindən biri də qarşıdan gələn parlament seçkiləridir: “Azərbaycanda seçkilər və digər mühüm tədbirlər ərəfəsində onlar ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışırlar. Seçkilər hələ keçirilməyib, ancaq indidən seçkilərin saxta keçirilməsi barədə məlumat yayırlar, digər ölkələri Azərbaycanda seçkiləri müşahidə etməməyə çağırırlar. Bütün bunlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
14:31 12.09.2025
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
14:30 12.09.2025
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm