"Rusiyanın Ukraynadakı xəstəxanalara, mülki və enerji infrastrukturuna vəhşicəsinə hücumlarını və bunun Moldovadakı nəticələrini pisləyirəm”.
Bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç deyib.
Onun sözlərinə görə, mənasız və qeyri-insani zorakılığa son qoyulmalıdır.
Qeyd edək ki, noyabrın 23-də Rusiya Ukraynaya növbəti kütləvi raket hücumu həyata keçirmişdi. Nəticədə ölkədə elektrik və su təminatında problemlər yaşanmışdı. Həmçinin Moldovanın bir sıra rayonlarında da elektrik enerjisi kəsilmişdi.