"Avropa üçlüyü" və İran arasında gələn həftə görüş baş tuta bilər

"Avropa üçlüyü" və İran arasında gələn həftə görüş baş tuta bilər
DÜNYA
20:57 18.07.2025
416
İran rəsmiləri ilə "Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında gələn həftə nüvə proqramı ətrafında yaranmış gərginliyi azaltmaq məqsədilə danışıqlar keçirilə bilər.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Axios” portalı məlumat yayıb.

Məlumata görə, görüşün Vyana və ya Cenevrədə baş tutacağı istisna edilmir.
OXŞAR XƏBƏRLƏR