Avropa yay vaxtına kcir
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, Avropada şənbədən bazara keçən gecə saat 03:00-da saatlar bir saat irəli çəkiləcək.
Beləliklə, axşam daha gec olacaq və Türkiyə ilə saat fərqi yenidən bir saata enəcək. Dəyişiklik bütün Aİ-yə şamil olunacaq.
Avropada İslandiya illərdir qış və yay vaxtına əməl etmir. Ukrayna həmişəlik yay vaxtına keçmək qərarına gəlib.
Ukraynanın məqsədi vahid Kiyev vaxtını tətbiq etməklə özünü Rusiyadan aydın şəkildə fərqləndirmək və təhlükəsizlik vəziyyətini buna uyğun qiymətləndirməkdir.
Zaman dəyişiklikləri hər 6 aydan bir müzakirə mövzusuna çevrilir.
Bəziləri günəş işığının daha çox alınmasının faydalı olduğunu desə də, bəziləri bunun yuxu rejimini pozduğunu və sağlamlığa zərər verdiyini iddia edir.
Aİ yay və ya qış vaxtının daimi olması ilə bağlı müzakirələrdə bir nəticəyə gələ bilmədiyi üçün yay və qış arasında saatların tənzimlənməsi sistemi davam edir.
Gülay