"Avropada 3 aya 236 mindən çox insan ölə bilər" – ÜST xəbərdarlıq etdi

"Avropada 3 aya 236 mindən çox insan ölə bilər" – ÜST xəbərdarlıq etdi
DÜNYA
13:24 31.08.2021
1094

"Avropada COVİD-19 xəstəliyinin yayılma sürəti yaxın 3 ayda ən pik həddə çata bilər”.

AZXEBER.COM xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropadakı nümayəndəsi Hans Kluge deyib. Onun sözlərinə görə, ötən həftə Avropada COVİD-19-a görə ölənlərin sayı ötən həftələrə nisbətdə 11% artıb.

Hans Kluge Avropada peyvəndlənmənin zəif aparıldığını və yaxın aylarda bunun fəsadlarının ortaya çıxacağını deyib:

"Virusun daha sürətli yayılmasına səbəb birinci "Delta" variantıdırsa, ikinci məhdudiyyətlərin vaxtında yüngülləşdirilməsidir. Əgər dünya əhalisinin yarısı peyvəndlənsə, müsbət nəticələr əldə oluna bilər. Lakin biz hazırda bu halı müşahidə edə bilmirik. Hazırda Avropada peyvəndlənmədə xeyli azalma müşahidə olunur. Bu belə davam etsə, təkcə bu qitədə son 3 ay ərzində 236 mindən çox insan ölə bilər".

Mikayıl

OXŞAR XƏBƏRLƏR