"Çox sağ ol Macarıstan - Köszönjük, Magyarország!"
Macarıstan azərbaycanlı tələbələr assossiasiyasından verilən xəbərə görə, bu gün Budapeştdə Azərbaycan diasporu və macar ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Macarıstan ictimai idarə və Ədliyyə nazirliklərinin qarşısında təşəkkür piketi keçirilib.
Macar hökumətinə təşəkkürünü bildirilmək üçün 200-dən çox adam, "Çox sağ ol Macarıstan - Köszönjük, Magyarország!", "Azərbaycan - Macarıstan dostluğu sarsılmazdır!" şüarları ilə adı çəkilən dövlət orqanlarının qarşısında aksiya keçiriblər.
Aksiyada erməni terrorizminin yuvasına çevirilmiş Ermənistan Respublikasının, minlərlə insanın qanını tökmüş ASALA terrorçularını qəhrəmanlaşdırması pislənmiş və ermənilərin Ramil Səfərovu Azərbaycana ekstradisiya etdiyinə görə Macarıstana qarşı apardıqları çirkin şər və böhtan kampaniyası lənətlə qınanmışdır.
Daha sonra aksiya iştirakçıları Budapeşt mərkəzi parkına tərəf irəliləyərək burada macarların da iştyirakı ilə, İrəvanda Macarıstan bayrağının təhqir olunmasına cavab olaraq Ermənistan bayrağını yandırıblar (publika.az).