Avropada hərbi təlimlər keçiriləcək

Avropada hərbi təlimlər keçiriləcək
DÜNYA
18:37 02.10.2025
201
Oktyabrın 20-dən noyabrın 13-nə kimi Rumıniya və Bolqarıstanda 10 ölkədən 5 min hərbçinin iştirakı ilə "Dacian Fall” təlimləri keçiriləcək.

Bu barədə Fransanın Quru Qoşunlarının komandanı general Pyer Şill "Valeurs actuelles” nəşrinə bildirib.

Generalın sözlərinə görə, Fransa bu təlimlərdə 2,4 min nəfərlik tam zirehli briqada ilə iştirak edəcək.

O bildirib ki, Rusiya-Belarusun sentyabrda keçirdiyi "Zapad-2025” təlimlərinə Paris "Dacian Fall” NATO təlimlərində böyük hərbi birləşmə ilə iştirak etməklə cavab verəcək.

"Hər an döyüşə qoşulmağa hazır olmalıyıq, lazım olsa, hətta bu gecədən başlayaraq”, - general əlavə edib.
 
///apa
OXŞAR XƏBƏRLƏR