Avropada işsizlik yeni rekord vurdu

DÜNYA
11:45 01.11.2012
1325
Avropanın stastistik təşkilatı olan "Avrostat" sentyabr ayına olan işsizlik hesabatını açıqlayıb. Bu hesabat heç də ürəyaçan deyil. Araşdırmalardan sonra məlum olub ki, 17 dövləti özündə birləşdirən Avrozonada işsizlik səviyyəsi sentyabr ayında rekord həddə - 11,6 faizə çatıb. Bu rəqəm ixtisar və qovulma ilə üzləşmiş 146 min nəfərin hesabına belə yüksək səviyyəyə çatıb.Xatırladaq ki, avqust ayında Avrozonada işsizlik səviyyəsi 11,5 faiz təşkil edirdi. Yeni hesabata görə, sentyabr ayında vahid valyuta zonasında iş növbəsində olanların ümumi sayı 18 milyon nəfərdən çox olub.İspaniya həmişəki kimi ən yüksək işsizlik faizinə malikdir. Burada əmək qabiliyyətli əhalinin 25,8 faizi, gənclərin isə 50 faizdən çoxu işsizdir. İqtisadi şərhçilər bütün bunların Avrozonada əmək baxımından 1 işçi nəslinin yoxa çıxması riskini yaratdığını və gənclər arasında artıq Avropaya meylilliyin və simpatiyanın əhəmiyyətli dərəcə azalmasına gətirdiyini iddia edir.Yunanıstanda da işsizlik səviyyəsi yüksək olaraq qalmaqdadır. İqtisadi şərhçilər bu ölkə üçün səciyyəvi olan “iqtisadi depresiya” fonunda göstəricinin İspaniyanı belə qabaqlayacağını güman edir. Avropa Siyasi Mərkəzinin baş iqtisadçısı və proqram kordinatoru Fabian Zuliq hər şeyin pisləşməyə doğru getdiyini etiraf edib.

OXŞAR XƏBƏRLƏR