AZXEBER.COM-un Portuqaliya mətbuatına istinadən verdiyi xəbərə görə, 33 yaşlı məşqçi bu haqda klub rəhbərliyinə faks göndərib. Villaş-Boaş bildirib ki, klubla müqaviləni pozmağa qərar verib. Bu xəbərdən sonra onun "Çelsi"yə keçidi yenidən gündəmə gəlib. "Zadəganlar" Karlo Ançelottinin gedişindən sonra boş qalmış baş məqşçi postunda məhz Villaş-Boaşə görmək istəyir.
Qeyd edək ki, 33 yaşlı portuqaliyalı baş məşqçi bu mövsüm "Portu"ya ölkə çempionluğu, ölkə kuboku və UEFA Avropa Liqasını qazandırıb.