Avropada sərt qış vəd edən qədim təqvim

Avropada sərt qış vəd edən qədim təqvim
DÜNYA
01:09 01.11.2026
198
Avropada sərt qış vəd edən qədim təqvimXVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir.

Bu barədə "Agroforum" nəşri məlumat yayıb.

Proqnozlara görə, 2026-cı ildə Avropada kənd təsərrüfatı ciddi çətinliklərlə üzləşib. Bir sıra bölgələrdə uzunmüddətli quraqlıq, torpaqda rütubətin azalması və 40 dərəcəni aşan istilər məhsuldarlığa mənfi təsir göstərib. Xüsusilə Macarıstanın cənub-şərqində qarğıdalı əkinləri zərər görüb və bəzi ərazilərdə bu məhsulun yetişdirilməsi iqtisadi baxımdan əlverişsiz hala gəlib.

Mövcud meteoroloji modellər isə qarşıdakı qışın daha yumşaq keçə biləcəyini göstərir. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) qiymətləndirməsinə əsasən, dekabr və yanvar aylarında temperatur iqlim normasından 2-3 dərəcə yüksək ola bilər. Eyni zamanda, yağıntıların miqdarının artacağı gözlənilir. Bu isə quraqlıqdan əziyyət çəkən kənd təsərrüfatı üçün müsbət amil sayıla bilər.

Bununla belə, XVII əsrdə yaşamış abbat Mauritsius Knauerin müşahidələrinə əsaslanan alman 100 illik təqvimi fərqli mənzərə təqdim edir. Həmin təqvimə görə, ilk qar dekabrın 1-də yağa bilər. Bir neçə küləkli və fırtınalı gündən sonra dekabrın 5-də qar yağışının təkrarlanacağı, ayın 19-dək isə kəskin soyuqların davam edəcəyi bildirilir.

Təqvimdə Milad bayramı ərəfəsində yağışlı hava, qarın isə əsasən Avropanın dağlıq ərazilərində müşahidə olunacağı proqnozlaşdırılır. Həmçinin yaz aylarında tırtıl və digər zərərvericilərin çoxalacağı, havanın isə mart ayınadək isinməyəcəyi iddia edilir.

Qeyd edək ki, 100 illik təqvim elmi meteoroloji proqnozlaşdırma metodu deyil. Buna görə də onun qışla bağlı ehtimallarını dəqiq hava proqnozu kimi qəbul etmək olmaz.
 
///qaynarinfo
OXŞAR XƏBƏRLƏR