Aİ ölkələri, Norveç və İsveçrədə sığınacaq üçün müraciətlərin sayı cari ilin doqquz ayında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dörddəbirə yaxın azalıb.
Bu barədə "Welt am Sonntag" nəşri məlumat yayıb.
Məlumata əsasən, hesabat dövründə ümumilikdə 452 969 sığınacaq sorğusu qeydə alınıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə (598 575 müraciət) müqayisədə 24,3 % azdır.
Müraciətlərin sayına görə Almaniya (70 257) hazırda Fransa (98 822) və İtaliyadan (78 496) sonra üçüncü pillədə qərarlaşıb. Ən az sığınacaq müraciəti isə Macarıstan (83) və Slovakiya (131) payına düşüb.
Almaniyaya gələn qaçqınların əksəriyyətini Əfqanıstan (23 %), Suriya (12 %) və Türkiyə (10 %) vətəndaşları təşkil edir. Əfqanıstan vətəndaşları 52 361 müraciətlə ümumilikdə Avropa üzrə də ilk sıradadır.
///teleqraf///











































