Aylardır müharibə astanasında olan Serbiya ilə Kosovo arasında vəziyyət gərginləşib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Aİ və NATO-nun çağırışlarına baxmayaraq, sərhəddə barrikadalar qurulub.
Məlumata görə, gecə yarısı orduya verilən "hazır ol” əmrindən sonra sərhəddə barrikadalar qurulub. Kosovo polisi də serblərin Kosovonun şimalındakı Mitrovitsa və Zveçan bələdiyyələrində iki yeni barrikada qurduğunu bildirib.
Qeyd edilib ki, Avropa İttifaqı (Aİ) və NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) Kosovo ərazisində hərəkət azadlığına mane olan barrikadaları aradan qaldırmaq çağırışlarına məhəl qoyulmayıb.
Aydın