"Avropada qarşıdan gələn qış tətili dövründə terror aktları riski yüksəkdir".
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohanson mətbuata açıqlamasında deyib.
13 oktyabrda Fransanın Arras şəhərində, 16 oktyabrda Belçikanın paytaxtı Brüsseldə və nəhayət dekabrın 3-də Fransanın paytaxtı Parisdə baş verən hücumlara toxunan Yohanson məsələ ilə bağlı AB daxili işlər nazirlərinin son iki iclasının keçirildiyini vurğulayıb.
Yohanson qeyd edib ki, Yaxın Şərqdə baş verən proseslərin əksi olaraq Milad və Yeni il səbəbilə Avropada qarşıdan gələn tətil dövrü terror aktları baxımından böyük risk yaradır:
"Terror təhlükəsi realdır. Məni ən çox narahat edən islamofobiya, antisemitizm və qütbləşmənin artmasıdır".
Qeyd edək ki, Yohanson AB-nin üzv ölkələrin ictimai yerləri, xüsusilə də ehtiyac yaranarsa ibadət yerlərini qorumaq üçün istifadə etmələri üçün daxili təhlükəsizlik fondundan 30 milyon avro ayırdığını bildirib.
Mikayıl