Avropalı qonaqlar Göyçayda peşə təhsilinin inkişafı ilə bağlı görülən işlərlə tanış olublar

Avropalı qonaqlar Göyçayda peşə təhsilinin inkişafı ilə bağlı görülən işlərlə tanış olublar
MƏDƏNİYYƏT
01:18 04.10.2016
1853
Göyçayda "Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və Təhsil Nazirliyinin əməkdaşları da iştirak ediblər.
 
AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, "Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə "Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” adlı layihənin icrasını davam etdirir.
 
Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq Göyçay rayonunda əhalisinin əsas məşğuliyyəti narçılıq olan 5 kənddə ehtiyacların qiymətləndirilməsi aparılıb və fermerlər arasında sorğu keçirilib. Hazırda seçilən 30 nəfər gənc üçün Göyçay Regional Peşə Tədrisi Mərkəzində təlimlər təşkil olunur. Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı görülən işlərlə tanış olmaq üçün regionlara səfər edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyinin və bir neçə səfirliyin əməkdaşları "Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” layihəsi ilə tanış olub, təlim iştirakçıları ilə görüşüblər. Həyata keçirilən layihə və təlim mövzuları haqqında nümayəndə heyətinə məlumat verilib. Layihənin əlaqələndiricisi Nahid Quliyev Göyçay və region üçün spesifik olan nar meyvəsinin effektiv becərilməsi üçün ixtisaslı və bilikli kadrlara ehtiyac olduğunu qeyd edib. Bildirib ki, layihənin əsas məqsədi nar məhsulu istehsalçıları üçün səciyyəvi olan ehtiyacları müəyyənləşdirmək və nar bağlarının aqronomik qaydada düzgün idarəedilməsi üçün gənclərin bilik və bacarıqlarını artırmaqdır.
 
O, layihə çərçivəsində nəşr olunan təlim modulu, buklet və posterləri qonaqlara təqdim edib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Yeron Villems həyata keçirilən pilot layihənin önəmli olduğunu vurğulayaraq, gənclər təşkilatına və layihə iştirakçılarına uğurlar arzulayıb. Qeyd edək ki, qonaqlar Göyçay Regional Peşə Tədrisi Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olublar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"