Həkimlər Mariyanın hamilə olduğunu biləndə, bir ağızdan dölün götürülməsinin lazım olduğunu və onun uşağı dünyaya gətirə bilməyəcəyini iddia ediblər. Maraqlıdır ki, “qipafizar nanizm” diaqnozlu qadınlar demək olar ki, uşağa qalmırlar. Boyun balaca olması səbəbindən onlarda hətta menstruasiya da olmur. Onlar hamilə qalanda isə alçaq boy uşağı dünyaya gətirməyə imkan vermir.
Bu səbəbdən Mariya Ukrainetsin uşaq dünyaya gətirməsi unikal hadisə sayılır. O, boyu 46 santimetr, çəkisi isə 2,8 kiloqram olan sağlam qız uşağı doğub. Uşaq Lvovdakı xəstəxanalardan birində dünyaya göz açıb. Gənc ana sevincindən yerə-göyə sığmır. //lent.az
{jcomments off}