Avropanın ən böyük süni buz meydançası açıldı

DÜNYA
14:58 23.11.2012
1763
Moskvada Avropanın ən böyük süni buz meydançası açılıb. İqlim şəraitinə görə ilin böyük bir qismi havanın soyuq keçdiyi Moskvada indi əsl qış təlaşı var. Süni buz meydançası Qorki Parkında açılıb. Bu il buz meydançasında. hər il olduğu kimi konki sürmək həvəskarlarının uzun növbələr yaratmasının qarşısını almaq üçün buz meydançasının sahəsi daha da genişləndirilərkə, 18 min kvadrat metrə çatdırılıb.Buz meydançasında 4 cür konki sürmək imkanı verilir - fiqurlu sürüşmə, xizəksürmə məktəbi, buz hokkeyi və rəqs sahələri. Buz meydançasında sürüşmək həftənin müxtəlif günlərində 5-15 dollara başa gəlir. Burada müştərilər üçün kafelər də qurulub.

OXŞAR XƏBƏRLƏR