2011-2012-ci il mövsümündə Avropanın ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gəlib.
AZXEBER.COM-un məlumatına görə, UEFA prezidenti Çişel Platini Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimindən sonra Avropanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
Səsvermənin yekununa əsasən "Barselona" klubu və İspaniya millisinin yarımmüdafiəçisi Andres İniyesta Avropanın ən yaxşısı adını qazanıb.
İniyesta bu mübarizədə "Barselona"dan komanda yoldaşı Lionel Messi və "Real" (Madrid) klubunun ulduzu Kriştiano Ronaldonu qabaqlayıb.