“Avropanın qazla təminatında Azərbayan çox ciddi rol oynayır. Bunu Avropa dövlətləri də başa düşürlər. Digər dövlətlər də öz qazlarını Avropa məkanına çıxartmaq istəyirlər. Bizi bu prosesdə sıxışdırmağa çalışsalar da, dövlət başçısının atdığı addımlar çox dəyərli addımlardır və bu məsələdə ölkəmizə maneə yarada bilməyəcəklər”.
Bu fikirləri millət vəkili Vahid Əhmədov AZXEBER.COM-a Azərbaycan qazının Avropaya ixracı prosesinə maneələri şərh edərkən söyləyib:
“Cənub Qaz Dəhlizi layihəsi əsasında Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəql edilməsi layihəsinə ciddi problem yaratmaq istəyirlər. Bizə təzyiq göstərmək istəyirlər ki, Azərbaycan öz qazını Avropa bazarına maksimum gec çıxartsın. Amma dövlət başçısı İlham Əliyevin çevik siyasəti ilə buna qarşı ciddi addım atdı. Azərbaycan qazının Avropaya ixracı Azərbaycanın müstəqilliyinin qarantıdır. Azərbaycan qazının dünyaya ixracı ilə əlaqədar uzun müddətdir ki, danışıqlar gedirdi. Rusiya çox istəyirdi ki, Azərbaycan qazı Rusiya ərazisindən dünyaya çıxarılsın. Bu məsələ ilə o bağlı dövlət başçısı, baş nazir ilə danışıqlar aparıldı. Azərbaycanın dövlət başçısı qərar verdi ki, Şahdənizdən çıxarılan Azərbaycan qazının ixracı TANAP layihəsi ilə Türkiyə ərazisindən Avropaya ixrac olunacaq. Bu böyük layihənin 2018-ci ildə istifadə verilməsi nəzərdə tutulur.
2013-cü ildə qərar qəbul olundu. 2014-cü ilin 20 oktyabrında təməlqoyma mərasimi keçirildi. Bu layihənin ölkəmiz üçün həm siyasi, həm də iqtisadi cəhətəndən çox böyük əhəmiyyəti var. Müqavilələr bağlandıqdan sonra Rusiyada müəyyən problemlər yaratmağa başlanıldı. Cənab İlham Əliyev vaxtında addım ataraq Davosda olarkən şirkətləri Azərbaycana dəvət etdi və bildirdi ki, bu qaz layihəsinin tez bir zamanda həyata keçirməyə ehtiyac var. Azərbaycanda böyük bir konfrans keçirildi. Məşvərət Şurasının iclası keçirildi. Orada cənab prezident çıxışında bəyan etdi ki, bu layihə Azərbaycana lazımdır, Avropaya isə Azərbaycandan daha çox lazımdır, bu layihədə maraqlı qüvvələr onu gecikdirməməlidir, üzərlərinə düşən işləri vaxtında həyata keçirməlidirlər.
Bu layihəyə hazırda təzyiqlər var. İstəmirlər ki, Avropaya birinci qazı Azərbaycan çıxartsın. Rusiya öz qazını Avropaya tez çıxarmaq istəyir. Burada həm də Türkmənistan, İran qazından söhbət gedir. Yəni, Avropanın qazla təminatında Azərbayan çox ciddi rol oynayır. Bunu Avropa dövlətləri də başa düşürlər. Digər dövlətlər də öz qazlarını Avropa məkanına çıxartmaq istəyirlər. Yunanıstan dövlət başçısı səfəri zamanı qazın qiyməti ilə əlaqədar iddialar irəli sürdü. Bizi bu prosesdə sıxışdırmağa çalışsalar da, dövlət başçısının atdığı addımlar çox dəyərli addımlardır və bu məsələdə ölkəmizə maneə yarada bilməyəcəklər. Hesab edirəm ki, bu məsələlərdə Amerika, Avropa dövlətləri də Azərbaycanı müdafiə edəcəklər”.
Mətanət