Avropaya yox, ata-babalarımıza baxıb örnək götürək

Avropaya yox, ata-babalarımıza baxıb örnək götürək
KÖŞƏ
01:44 19.02.2015
3830
Ozal İbrahimliSöz deyirsən, özünə sığışdırmır. Elə sən deyən olacaq? Məni çox sıxırsan – deyə sual verirlər. Bəli. Belədir. Gənc qızların çoxu bu sualla ailə həyatına son qoyurlar. Subay cütlüklər də, gələcəklərinin üzərindən xətt çəkirlər. Bir sözlə qürurlarının badına gedirlər. Bəlkə atalarımızın ya analarımız qüruru, mənliyi olmuyub? Atalarımız söz dedikdə anamız qarşı çıxıb? 25 il, 30 il, bəlkə də daha çox illərdir ailəli olan cütlüklərdə qadın mənliyindən məhrum olub? Sadəcə ata-babalarımızdan görüb-götürdüyümüz kimi, evin kişisi var, son söz kişiyə məxsusdur biliblər. Ortaq məxrəcə gəlinib və son söz evin kişisinin olub. Onlar ağılsız olublar? Yoxsa, sizlər çox ağıllısınız? Gəlin qüruru və inadkarlığı kənara qoyaq və bir az düşünək. Qadını nədənsə məhrum edən kişi, onu uzatmadan tətbiq edər. Ancaq hansısa bir xahişləri edirsə, bunu özü üçün deyil, hər ikisi üçün, bir sözlə gələcəkləri üçün edir. Danmıram. Qadınlara bir çox qadağalar qoyan və onları bir çox şeydən məhrum edən kişilər də var. Ancaq qadağa ilə xahişi ayırd etməyi bacarmaq lazımdır. Heç bir qadın sevdiyi kişini digər bir xanımla bölüşmək istəmədiyi kimi, heç bir kişi də, ona verilən sözün yerə düşməsini istəməz. Gələk “müasir” xanımlarımıza. Xanım tanıyıram ki, müasirlik adlandıraraq mini ətək geyinir və oturduqda da, ... əstafurulla. İndi xanımların çoxu deyəcəklər ki, nə var burda, baxmasınlar da?! Oğlanlar da deyəcək ki, geyinməsin, oturmasın baxmayım da. Qarşılıqlı deyişməkdənsə, səhvimiz nədir onu axtaraq. Başqasındakı səhvi göstərməkdənsə, özümüzdəkini aşkara çıxaraq. Etdiyimiz səhvlərdən utanıb gizlənmək yerinə, üzr istəyib, başa düşək. Bir daha bu cür səhvləri təkrarlamayaq. “Müasir” insanlara baxıb, özümüzü onlara bənzətməyək. Həyat tərzimizi onlarınkı kimi formalaşdırmayaq. Bir sözlə, bəlkə Avropaya yox, ata-babalarımıza baxıb örnək götürək?
OXŞAR XƏBƏRLƏR