Avrora şirkəti “İstisu” təbii mineral sularının rəsmi distribütoru oldu

Avrora şirkəti “İstisu” təbii mineral sularının rəsmi distribütoru oldu
İQTİSADİYYAT
11:59 06.09.2024
287
"Avrora” MMC və "İstisu” mineral su zavodu arasında partnyorluq haqqında müqavilə imzalanıb.
 
AZXEBER.COM xəbər verir ki, müqaviləyə əsasən "Avrora” MMC "İstisu” brendi adı altında istehsal olunan təbii mineral suların Azərbaycan üzrə ticarət nöqtələrinə satışını həyata keçirəcək. "İstisu” təbii mineral sularının istehlakçılara əlçatanlığını təmin etmək üçün Avrora şirkəti 12000-dən çox ticarət nöqtəsinə məhsulların dağıtımını edəcək. 

Məlumat üçün bildirək ki, mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan "İstisu” təbii mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Aparılmış tədqiqatlara görə, suyun tərkibinin hidrokarbonat, sulfat və natriumla zəngin olması səbəbindən "İstisu” suyu "hidrokarbonatlı, sulfatlı və natriumlu təbii mineral su” kimi təsnif edilir.   

Kəlbəcərin İstisu qəsəbəsində SSRİ dövründə də zavod fəaliyyət göstərmişdir. Lakin erməni işğalı zamanı bir çox iqtisadi mərkəzlərimiz kimi "İstisu” sanatoriyaları və zavodu dağıdılıb istifadəsiz qalmışdı. Qarabağda tarixi zəfərimizdən sonra "İstisu” təbii mineral su zavodunun təməli 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub və zavodda quruculuq işləri 2024-cü ildə tam başa çatdırılıb. 2024-cü ilin sentyabrın 2-sində isə zavodun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə rəsmi açılışı olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda istidən beyninə qan sızan kişi öldü
16:27 04.08.2025
Azərbaycanda istidən beyninə qan sızan kişi öldü
“Hörümçək adam: Tom Hollandla yeni gün” filminin çəkilişləri başlayıb - FOTOLAR
16:25 04.08.2025
“Hörümçək adam: Tom Hollandla yeni gün” filminin çəkilişləri başlayıb - FOTOLAR
21 məktəb direktoru işdən çıxarılıb - RƏSMİ
16:21 04.08.2025
21 məktəb direktoru işdən çıxarılıb - RƏSMİ
Erməni blogerin əmlakına həbs qoyuldu
16:19 04.08.2025
Erməni blogerin əmlakına həbs qoyuldu
Krımda Rusiyanın 5 qırıcısı vurulub
16:12 04.08.2025
Krımda Rusiyanın 5 qırıcısı vurulub
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
15:53 04.08.2025
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
15:33 04.08.2025
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir