“Avroviziya-2021”in qalibi məlum oldu - VİDEO

“Avroviziya-2021”in qalibi məlum oldu - VİDEO
MAQAZİN
02:34 23.05.2021
1905
Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilən "Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi məlum olub.

AZXEBER.COM xəbər verir ki, İtaliya müsabiqədə birinci yerə çıxıb. Azərbaycan təmsilçisi Samirə Əfəndi "Open Up” ("Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında 21-ci sırada çıxış edib.

Ən çox – 524 xal toplayan İtaliya "Avroviziya-2021”in qalibi olub.

İkinci yeri Fransa təmsilçisi tutub – 499 xal.

İlk üçlüyü isə 432 xalla İsveçrə qapayıb.

Azərbaycan təmsilçisi Samirə Əfəndi isə 65 xal toplayaraq 20-ci pillədə qərarlaşıb.
 

OXŞAR XƏBƏRLƏR