Bu gün "Avroviziya 2026" yarışmasının ilk yarımfinal gecəsi keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, müsabiqənin 70-ci buraxılışı Avstriyanın paytaxtı Vyanada baş tutacaq və bu gecə 15 ölkə finala vəsiqə uğrunda mübarizə aparacaq.
Yarımfinaldan ən yaxşı 10 ölkə mayın 16-da keçiriləcək böyük finala yüksələcək.
İlk yarımfinalda iştirak edəcək ölkələr arasında Moldova, İsveç, Xorvatiya, Yunanıstan, Portuqaliya, Gürcüstan, Finlandiya, Monteneqro, Estoniya, İsrail, Belçika, Litva, San Marino, Polşa və Serbiya var.
Xatırladaq ki, Azərbaycan "Avroviziya 2026" da ikinci yarımfinalda çıxış edəcək. JIVA "Just Go” mahnısı ilə mayın 14-də səhnəyə çıxacaq. Azərbaycan həmin gecə 2-ci sırada çıxış edəcək.
Qeyd edək ki, bu il yarışma Vyanadakı Wiener Stadthalle arenasında keçirilir. Gecənin favoritləri arasında isə Finlandiya, İsveç və Yunanıstanın adı çəkilir.
Aysel











































