Avstraliyanın milli poçt və kuryer şirkəti olan "Australia Post" yeni gömrük qaydaları səbəbindən ABŞ-yə əksər poçt və bağlamaların daşınmasının bu gündən dayandırıldığını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə "Australia Post" ABŞ-nin aşağı qiymətli paketlərə tətbiq edəcəyi yeni gömrük qaydaları səbəbindən ölkəyə əksər poçt və bağlama göndərişlərini dayandırmaq qərarına gəldiyini açıqlayıb.
Bəyanatda yalnız 150 ABŞ dollarından aşağı olan məktubların, sənədlərin və hədiyyələrin göndərilməsinə icazə veriləcəyi, digər göndərişlərin isə "sonrakı xəbərdarlığa qədər” qəbul edilməyəcəyi bildirilib.
Bəyanatda qərarın bu gündən qüvvəyə mindiyi və nəticədə ABŞ və Puerto Rikoya göndərilən məhsulların əksəriyyətinin dayandırıldığı qeyd edilib.
Gülay