Avstraliya Əfqanıstandakı əsas hərbi bazasını bağlayıb və hərbi hissələrini ölkədən çıxarıb.
AZXEBER.COM BBC-yə istinadən xəbər verir ki, Avstraliya qoşunları Əfqanıstanın Uruzqan əyalətindəki “Tarin Kot” hərbi bazasında 2005-ci ildə yerləşiblər.Avstraliya Əfqanıstana öz kontingentini 2001-ci ildə göndərib. Onların sayı təqribən 1500 nəfər hərbçidən ibarət olub.Son 12 il ərzində Əfqanıstanda 40 avstraliyalı ölüb, 261 nəfər yaralanıb.