Avstraliyada 2 helikopter havada toqquşdu, pilotlar öldü

Avstraliyada 2 helikopter havada toqquşdu,  pilotlar öldü
DÜNYA
12:18 25.07.2024
125
Avstraliyanın qərbindəki Camballin bölgəsində iki helikopter havada toqquşub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 2 pilot həlak olub.
 
Avstraliya polisindən verilən açıqlamaya görə, Qərbi Avstraliya əyalətinin Camballin qəsəbəsindəki Mount Anderson stansiyası yaxınlığında heyvan fermalarında istifadə edilən iki "Robinson R22" tipli helikopter havada toqquşub.
 
Sərnişinləri olmayan helikopterlərdə olan iki pilot qəza zamanı aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Polis baş verən hadisənin yerli vaxtla saat 7.20-də iki helikopterin mal-qara toplamaq üçün havaya qalxması və havaya qalxdıqdan dərhal sonra havada toqquşması nəticəsində baş verdiyini bildirib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR