Avstraliyadan vətəndaşlarına xəbərdarlıq: Livanı tərk edin

Avstraliyadan vətəndaşlarına xəbərdarlıq: Livanı tərk edin
DÜNYA
13:04 28.06.2024
128
İsrail və Hizbullah arasında gərginlik artdıqca, Avstraliya öz vətəndaşlarına Livana səyahət xəbərdarlığı edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avstraliya İsrail-Livan sərhədində artan gərginliyə görə vətəndaşlarına Livana səyahət etməmək və uçuşlar olduğu müddətdə ölkəni tərk etməmələri barədə xəbərdarlıq edib. 

Avstraliyanın xarici işlər naziri Penny Vonq sosial media hesabında verdiyi açıqlamada Livanda vəziyyətin son dərəcə qeyri-sabit olduğunu söyləyib.

Vonq vətəndaşlarına Livana səyahət etməmələri barədə xəbərdarlıq edərək bildirib:

"Livandakı avstraliyalılar kommersiya uçuşları mövcud olduğu müddətdə ölkəni tərk etməlidirlər".

Nəzrin
OXŞAR XƏBƏRLƏR