Avstraliyalı üzgüçü yeni dünya rekordunun sahibi olub

İDMAN
19:22 23.07.2023
190
Avstraliyalı üzgüçü Ariarne Titmus yeni dünya rekordunun sahibi olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Ariarne Titmus Yaponiyanın Fukuoka şəhərində keçirilən Dünya Su İdmanı Çempionatında final üzgüçülüyündə keçirilən dünya çempionatında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışında qızıl medal qazanıb.

O, bu məsafəni 3 dəqiqə 55,38 saniyəyə qət edib. İkinci yeri amerikalı Keti Ledeki, üçüncü yeri isə yeni zelandiyalı Erika Feyrvezer tutub.
OXŞAR XƏBƏRLƏR