Avstriya suriyalılara sığınacaq verilməsi prosedurunu dayandırır

DÜNYA
18:45 09.12.2024
167
Avstriyada suriyalılara sığınacaq verilməsi prosedurları dayandırılacaq.

Bu barədə Avstriyanın "Kronen Zeitung" qəzeti hökumətdəki mənbəyə istinadən yazır.

"Növbəti bildirişə qədər Suriya vətəndaşlarına sığınacaq verilməsi ilə bağlı bütün prosedurlar dayandırılacaq", - mənbə bildirib.

Təkcə bu il 12 500 suriyali Avstriyada sığınacaq istəyib. Bu səbəbdən bir neçə min prosedur baxılma mərhələsindədir.
 
///Report

OXŞAR XƏBƏRLƏR