Avstriyalı futbolçu Azərbaycanla oyuna görə milliyə qaytarılıb

İDMAN
20:17 16.10.2023
247
Avstriyalı futbolçu Quido Burqstaller Azərbaycanla AVRO-2024-ün seçmə mərhələ oyununa görə milliyə qaytarılıb.

34 yaşlı oyunçu hücum xəttindəki problem səbəbindən Bakıya gələn heyətə salınıb.

Son olaraq Mixael Qreqoriçin sıradan çıxması ilə komandada yeganə hücumçu kimi Saşa Kalayciç qalıb. Onun da ağır zədədən döndüyünü nəzərə alan baş məşqçi Ralf Ranqnik 2019-cu ildə yığma karyerasını bitirdiyini açıqlayan Burqstallerdən kömək istəyib. Ölkəsində "Rapid”in heyətində parlaq çıxışla diqqət çəkən forvard bu təklifi müsbət cavablandırıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR