Avtobus sərnişinlərinə şad xəbər - Xüsusi zolaqlar yaradıldı

Avtobus sərnişinlərinə şad xəbər - Xüsusi zolaqlar yaradıldı
SOSİAL
21:08 21.09.2026
81
Metro xətlərinin ayrılması layihəsi çərçivəsində avtobusların hərəkət intensivliyini qorumaq məqsədilə Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları təşkil edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, yeni zolaqlar müntəzəm və ekspres marşrutların fasiləsiz hərəkətinə imkan verir. Bununla da avtobuslardan istifadə edən sərnişinlərin maneəsiz və vaxt itkisi olmadan daşınması təmin edilir.
OXŞAR XƏBƏRLƏR