Avtobus sürücüləri arasında kütləvi - 4 nəfər xəsarət aldı

Avtobus sürücüləri arasında kütləvi - 4 nəfər xəsarət aldı
SOSİAL
21:57 28.08.2018
5098
Tərtər rayonunda şəhərdaxili sərnişin daşıması ilə məşğul olan marşrut avtobusunun sürücüləri arasında kütləvi dava baş verib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, dava zamanı Tərtər rayon sakinləri Səvdimalı Əsədov, Feyruz Əsədov, Azər Nağıyev və Namiq Burcəliyev xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəyə səbəb sürücülərin bir-birinin marşrut xətlərinə daxil olmasıdır. Belə ki, şəhərdaxili sərnişin daşımada xətt rəhbərləri olan Azər Nağıyev və Səvdimalı Əsədov bir-birinin hərəkət istiqamətinə daxil olduğunu iddia edərək əvvəlcə mübahisə ediblər. Nəticədə dava düşüb.

Hadisəni Tərtər rayon Polis şöbəsindən də təsdiq ediblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR