‘Avtobus sürücülərin mədəniyyəti bizim ən problemli yerimizdir’- Ziya Məmmədov

‘Avtobus sürücülərin mədəniyyəti bizim ən problemli yerimizdir’-  Ziya Məmmədov
SİYASƏT
15:21 24.02.2014
1333
“Avtobus sürücülərin mədəniyyəti bizim ən problemli yerimizdir. Bilirsiniz ki, bu tam şəkildə özəl sektora məxsus bir sahədir. Müxtəlif fiziki və hüquqi şəxslər bu sahədə faəliyyət göstərirlər və bu şirkətlərin rəhbərləri avtobus sürücülərini mədəni şəkildə xidmətlərin göstərilməsində, harda gəldi düşürüb-mindirmək kimi məsələlərdə məsuliyyət daşıyırlar”.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan nəqliyyat naziri Ziya Məmmədov deyib. Nazir bildirib ki, nazirlik dəfələrlə bu barədə xəbərdarlıq və tövsiyyələr edib: “Sürücü peşəsi mürəkkəbdir. Əslində hər bir sürücüyə fərdi qaydada nəzarətçi təyin edə bilmərik. Hamı insandır və hamı bilməlidir ki, normativlər, cədvəllər var və buna əməl edilməlidir. Ona görə də Nəqliyyata İntellektual İdarəetmi Sistemi bu cür halların aşkar edərək hüquqi və fiziki şəxslərə xəbərdarlıq etməklə məşğul olmalıdır. Biz sərnişinlərin təhlükəsiz daşınması ilə bağlı işlər aparırıq və avtobuslarda sürət həddinin müəyyən edilməsi də bu tədbirlər sırasındadır. Hazırda testlər gedir və əgər uğurlu nəticələr olarsa, təbii ki, bütün şəhər nəqliyyatında tətbiq olunacaq”.
Avtobusların reyslərə nasaz çıxması və bununla bağlı reydlərin keçirilməsinə toxunan Z.Məmmədov deyib ki, nazirlik bununla bağlı ciddi nəzarət müəyyənləşdirib: “Nəinki avtobuslar texniki yoxlamadan, eyni zamanda sürücülər də lazimi tibbi yoxlamadan keçirilməlidir. Bu istiqamətdə də müəyyən işlər aparırıq və müəyyən nəzarət qurum yaratmışıq. Hər bir sürücü ilə ayrı ayrılıqda müqavilələr bağlanılmalıdır ki, sürücülər məsuliyyət hiss etsinlər. Biz bu barədə dəfələrlə tövsiyyələr vermişik”.
Azərbaycana yeni avtobusların və taksilərin gətirilməsini və onların əlillər üçün də nəzərdə tutulması barədə danışan nazir qeyd edib ki, əlillərin qüsurlarına asılı olaraq, onların əksəriyyəti heç avtobuslara minmirlər: “İndiki bəzi avtobuslarda da əlillər üçün yerlər var. Əksəriyyətinin də öz avtomobilləri var. Əlbəttə yeni avtobusların və taksilərin alınması gözlənilir. Bilirsiniz, qarşıda Avropa Oyunların keçirilməsi gözlənilir və buna böyük hazırlıqlar gedir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək