Avtobus sürücüsünü döyən şəxs saxlanıldı

Avtobus sürücüsünü döyən şəxs saxlanıldı
HADİSƏ
20:06 16.09.2025
177
Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxsi polis saxlayıb.

Bu barədə AZXEBER.COM-a DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.

Onun sözlərinə görə, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam edir. 
OXŞAR XƏBƏRLƏR