Canlı efirdə gərgin anlar yaşanıb.
AZXEBER.COM xəbər verir ki, studiyada ekspert qismində əyləşən kulturoloq, yazıçı Aydın Xan Əbilovun "ictimai nəqliyyatda yaşlı, hamilə xanımlara yer verməyin” deməsi ortalığı qarışdırıb.
Sözügedən hadisə MTV televiziyasında yayımlanan "Ümid ilə gəl” verilişində baş verib.
Aydın Xan Əbilovun sözlərinə görə, yaşlılara yer vermək düzgün deyil, onlara hərəkət etmələri üçün şərait yaratmaq lazımdır:
"Əslində yaşlı adamlara yer vermək olmaz. Çünki mən istəyirəm ki, məsəl üçün Şəfiqə xanım cavan olsun. 3 saat oturur burada, hərəkətsiz qalır. Hərəkətsizlik insanı məhv edir. Hamilə qadınlara, yaşlılara yer verməyin. Qoy onlar hərəkət etsinlər. Səhər özüm yorğun formada ictimai nəqliyyatdan istifadə edirəmsə, niyə başqa birinə yer verməliyəm? Şəfiqə xanım yaşda olanlar xaricdə avtobusa minmirlər, onlar ya velosiped sürürlər, ya da piyada gəzirlər”.
Onun bu sözləri verilişdə iştirak edən digər ekspert, vəkil Şəfiqə Nağıyevanın narazılığına səbəb olub.
Onların arasında mübahisə baş verib.
Həmin görüntüləri təqdim edirik: