"Hava şəraitinin isti keçməsi və sərnişin rahatlığının təmin olunması məqsədilə "BakuBus” MMC-nin istismarında olan bütün avtobuslarda kondisioner sistemləri iyunun 2-dən etibarən mərhələli şəkildə aktivləşdiriləcək".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Bakubus" MMC-nin mətbuat xidməti Əsmər Əliyeva deyib:
O, qeyd edib ki, "reqlamentə qaydalarına əsasən kondisionerlərin aktivləşdirilməsi iyunun 15-nə təsadüf etsə də, son üç il ərzində formalaşmış praktika əsasında bu tarix hava şəraitinə uyğun şəkildə daha erkən mərhələyə çəkilir. Bu il də istisna olmayaraq sərnişin məmnuniyyəti əsas götürülərək kondisionerlərin aktivləşdirilməsinə vaxtından əvvəl başlanacaq".
Günel Hüseynli