Avtobusların şüşələrini kim sındırır? - AÇIQLAMA

Avtobusların şüşələrini kim sındırır? - AÇIQLAMA
SOSİAL
10:17 29.11.2025
178
"Avtobuslarda bəzən sərnişinlər tərəfindən salon şüşələrinin qəsdən sındırılması hadisələri müşahidə olunur”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev deyib. 

O bildirib ki, bu arakəsmələr dərhal sifariş olunur:

"Müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobuslarda bəzi hallarda sərnişinlər tərəfindən salon şüşələrinin qəsdən və ya ehtiyatsızlıqdan sındırılması hadisələri baş verir. Belə hallarda tərəfimizdən həmin arakəsmə şüşələr istehsalçıya sifariş edilir və daha sonra yerlərinə bərpa olunur”.

Xatırladaq ki, "Xaliq Faiqoğlu” şirkətinə aid 18 nömrəli avtobusda sürücünün yanında arakəsmə şüşəsinin olmadığı faktı diqqət çəkmişdi. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR