Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı - VİDEO

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı - VİDEO
HADİSƏ
20:05 08.09.2025
317
Bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu, Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, qəza səbəbindən 1 ədəd svetofor obyekti yararsız vəziyyətə düşüb.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız vəziyyətə düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.

OXŞAR XƏBƏRLƏR